• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1026
— 03.10.2018 13:32

Qəzalar xəsarətlərlə nəticələndi

KepezTV Player

Qaxda yük avtomobilinin yoldan çıxaraq aşması nəticəsində iki nəfər xəsarət alıb. Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 87-ci kilometrliyində, Qax rayonu ərazisində baş verib. Zaqatala rayon sakini, 34 yaşlı Bəxtiyar Balayev “Mersedes” markalı yük maşını ilə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı çökəkliyə aşıb. Qəza zamanı sürücü yüngül xəsarət alsa da, onun sərnişini Zaqatala şəhər sakini 39 yaşlı Rəşadət Məmmədova aldığı xəsarətlərlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. Kürdəmirin Karrar qəsəbə ərazisində də qəza olub. Abşeron rayonu Novxanı qəsəbə sakini, 23 yaşlı Hüseyn Əliyevin idarə etdiyi "Wolksvagen Passat" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha bir qəza Paytaxtın Xəzər rayonu Zaqulba - Bilgəh yolunun Bilgəh qəsəbəsinə düşən hissəsində qeydə alınıb. 171 saylı sərnişin avtobusu qarşısında hərəkət edən "Mercedes"ə çırpılıb. Hadisə zamanı avtobusda sərnişin olmayıb. Zərbənin təsirindən yoldan çıxan Mercedes daş hasara çırpılaraq dayanıb. Nəticədə "Mercedes"in 28 yaşlı sürücüsü Mərhəmət Sarıyev xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Tibbi yardımdan sonra sürücü ambulator müalicəyə buraxılıb. Polisdən verilən məlumata görə, qəzaya sərnişin avtobusunun ara məsafəsi saxlamaması səbəb olub. Faktlarla əlaqədar araşdırmalar aparılır.