• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1185
— 02.10.2018 16:10

Şəmkirdə evdən xeyli miqdarda qızıl və nağd pul oğurlanıb

KepezTV Player

Şəmkir polisi oğurluqda şübhəli bilinən Tərtər sakinini saxlayıb. Əvvəllər 18 il məhkumluq həyatı yaşayan şəxs rayon sakininin evindən külli miqdarda qızıl-zinət əşyası və nağd pul oğurlamqda şübhəli bilinir.

Sentyabrın 2–si saat 17:00 radələrində naməlum şəxs və ya şəxslər Dəllər qəsəbəsindəki fərdi yaşayış evlərindən birini qarət edib. Zərərçəkən dərhal olayla bağlı polisə məlumat verib. Hadisə yerinə əməliyyat-istintaq qrupu gəlib. Çox keçməyib ki, qarətçinin qonşuluqda kirayədə yaşayan Tərtər sakini 44 yaşlı Pərviz Cəfərov olduğu aydınlaşıb.

Fizuli Sadıqov müstəntiq: Cinayət axtarış bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində məlum olmuşdur ki, 1974 cü il təvəllüdlü əvvəllər dəfələrlə məhkum olunmuş Tərtər şəhər sakini Cəfərov Pərviz Oqtay oğlu Şəmkir rayonunun Dəllər qəsəbəsinə yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan  5 min manat dəyərində qızıl zinət əşyasını və 1780 manat nəğd pulu oğurlamışdır.

Saxlanılan Pərviz Cəfərov Şəmkirə cinayəti törətməzdən bir neçə gün əvvəl gəldiyini və qarəti əvvəlcədən planlaşdırdığını deyib. O, əldə etdikləri qızıl-zinət əşyalarını müxtalif rayonlarda satdığını da etiraf edib. 

Pərviz Cəfərov saxlanılan şəxs: Görürdüm ki qonşu gündüzlər evdən gedir. Həmin evin çəpərindən o evə keçdim. Axtarış qızılları tapdım. Qızılları gətiirb birini Şəmkirdə 135 manata satdım. Qalanlarını Qazaxda satdım. 2 min manatdan çox pul elədi.

Polis Pərviz Cəfərovun əməllərindən zərər çəkən başqa vətəndaşların olub-olmadığını araşdırır.

Natiq Hüseyn