• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 759
— 01.10.2018 23:32

Goranboy sakini dostu ilə bibisinin evini qarət edib

KepezTV Player

Naftalan polisi oğurluqda şübhəli bilinən iki nəfəri saxlayıb. Həmin şəxslər əvvəlcə Goranboyda, daha sonra Naftalan şəhərində mənzillərdən oğurluq ediblər. Onlardan biri – keçmiş məhkum hətta doğma bibisinin əmlakına qənim kəsilməkdən belə çəkinməyib.

Naftalan Şəhər Polis Şöbəsinə sentyabrın 23-ü axşam saatlarında fərdi yaşayış evlərinin birində oğurluq hadisəsi baş verməsi barədə ərizə daxil olub. Zərərçəkən qeyd edib ki, evindən ümumi dəyəri təxminən  11 min manatdan çox olan qızıl-zinət əşyaları oğurlanıb. “İsti izlərlə” hadisəni törətməkdə şübhəli bilinən Goranboy sakinləri  - əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayan 35 yaşlı Səbuhi Səmədov və 31 yaşlı Ruslan Əsgərov saxlanılıb. Şöbədə dindirilən şəxslər əməllərini etiraf ediblər. Mənzildən oğurladıqları qızıl zinət əşyalarını isə istintaqa təhvil veriblər. Araşdırmalar zamanı o da məlum olub ki, bu, “qəhrəmanların” ilk oğurluq cinayəti deyil.

Yusif Əliyev - müstəntiq: Həmin şəxslərin ətrafında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyən edilib ki onlar 7 sentayabr  2018 ci il tarixdə Goranboy rayonunun Balakürd kənd sakinin mənzilinindən də qızıl zinət əşyaları və pul oğurlayıblar.

Ruslan Əsgərov Goranboy rayonun Balakürd kəndində yayaşayan bibisinin evində heç kim olmadığı və mənzildə xeyli miqdarda qızıl-zinət əşyasının olması barədə dostuna danışdıqdan sonra tərəflər öz çirkin niyyətlərini reallaşdırıblar. Birlikdə spirtli içki qəbul edib, arağın verdiyi cəsarətlə mənzili yarmağa yollanıblar.

Səbuhi Səmədov - saxlanılan şəxs: Oturub yeyib içdik. Sonra Ruslanla planlaşdırdıq ki bibisinin evinə oğurluğa girək. Getdik ki işıqları yanmır. Evə daixl olduq və qızılla pulu götürüb çıxdıq.

Bisinin evindən 15 min manatlıq qızıl zinət əşyası, 1500 manat pulu talayan Ruslan Əsgərov və cinayət ortağı bir neçə gün sonra eyni üsulla Naftalanda başqa bir məznili qarət ediblər. Oradan xeyli miqdarda qızıl zinət əyası və pul götürsələr də, bu dəfə məsuliyyətdən yayına bilməyiblər.

Ruslan Əsgərov  - saxlanılan şəxs: Küçə ilə gedirdik gördük evdə işıq yanmır. Girdik içəri axtardıq qızılla pul tapdıq. Götürüb çıxdıq.

Hər iki şəxs barəsində cinayət məcəlləsinin müvafiq maddəlləri ilə iş başlanılıb. İstintaq davam edir.

Natiq Hüseyn