Azərbaycanda prokurorluq orqanlarının yaradılmasının 100 illiyi və prokurorluq işçilərinin peşə bayramı qərb bölgəsinin rayonlarında da bayram edilib.
Azərbaycanda milli prokurorluq orqanlarının yaranmasının 100 illiyinə nəzər salınan Şəmkirdə respublika Prokurorluğunun qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edən orqana çevrildiyi vurğulanıb. Dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirən prokurorluq əməkdaşlarının qanunun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsində yorulmadan xidmət göstərdiyi önə çəkilib. Sonda bir qrup prokuroluq əməkdaşları rayon icra hakimiyyəti tərəfindən mükafatlandırılıb.
Göygöldə də prokurorluq orqanlarının keçdiyi şərəfli yoldan danışılıb. Həyata keçirilən hüquqi islahatlar nəticəsində qanunçuluğun və insan hüquqlarının hərtərəfli təmin edilməsində, eləcə də vətəndaş cəmiyyəti quruculuğu prosesində prokurorluq orqanlarının üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiyi vurğulanıb. Göygöl rayonunda cinayətkarlığa qarşı barışmaz mübarizə aparıldığı, qeydə alınan cinayət hadisələrinin vaxtında açılmasının təmin edildiyi diqqətə çatdırılıb.
Samux rayonunda ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə hər il oktyabrın 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edildiyi, Prezident İlham Əliyevin rəhbərliyi ilə hüquq mühafizə, ədliyyə, məhkəmə və xüsusi xidmət orqanları, o cümlədən prokurorluq əməkdaşlarının social-rifah halının yaxşılaşdırıldığına toxunulub. Ötən 100 il ərzində prokurorluğun ölkədə qanunun aliliyinin təmini istiqamətində fəaliyyəti və Samuxda prokurorluq əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması üçün görülən işlərdən danışılıb.
Prokurorluq əməkdaşlarının peşə bayramı Tovuzda da qeyd edilib. Ölkədə hüquqi dövlət quruculuğunda, qanun pozuntusu halları və cinayətkarlığa qarşı mübarizədə prokurorluğun rolundan danışılıb. Dövlətin həyata keçirdiyi qanunvericilik islahatları nəticəsində demokratik hüquqlarının tam bərqərar olunduğu diqqətə çatdırılıb. Prokurorluq orqanları əməkdaşlarının daxili işlər, ədliyyə, məhkəmə və digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyətinin ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi işinə müsbət təsir göstərib. Tovuzda da qanunçuluğun tam təmin edildyi vurğulanıb.
Natiq Hüseyn
- Baxış: 864