• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1866
— 01.10.2018 14:53

Gəncədə Aşura günü qan verən 50-dən çox şəxsdə xəstəlik aşkarlanıb

KepezTV Player

Gəncədə Aşura günü ilə əlaqədar Mərkəzi Qan Bankının Gəncə Bölməsinin təşkil etdiyi qanvermə aksiyasında donor olan 54 nəfərdə infeksion xəstəliklər aşkar edilib. Toplanan qanların laborator müayinəsi zamanı 20 nəfərdə hepatit B, 20-sində hepatit C, 14 nəfərdə isə siflis tapılıb. İnfeksiya aşkar olunan xəstə qanlar xüsusi qaydada kənarlaşdırılaraq təkrar müayinə üçün gigiyena və epidimaloji mərkəzə göndərilib. Əldə olunan sağlam donor qanları isə qərb bölgəsində olan Talasemiyalı və Hemofiliyalı xəstələrin müalicəsində istifadə olunacaq.  Ümumilikdə 540 nəfər könüllü olaraq qanvermə aksiyasında iştirak edib.

Tahirə Məmmədova - Mərkəzi Qan Bankının Gəncə Bölməsinin müdiri: Bildiyiniz kimi qərb bölgəsində 300-ə qədər Hemofiliyalı və Talasemiyalı xəstələr var. Bilirsiz ki, Talasemiyalı xəstələr ayda 2 dəfə eretrosi kütləsi qəbul edir, Hemofiliyalı  xəstələr isə ayda 2 dəfə plazma qəbul edir. Bununla belə biz diyalezli  xəstələrədə köməklik göstəririk.