• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1621
— 01.10.2018 12:42

Qəzada 3 nəfər xəsarət aldı

KepezTV Player

Lənkəranda qəza baş verib. Hadisə gecə saatlarında Ələt-Astara magistralının Lənkəran rayonu Gərmətük qəsəbəsindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yoldan çıxıb və hasara çırpılıb. Nəticədə avtomobildə olan üç nəfər - Lənkəran rayon Mamusta kənd sakinləri olan 25 yaşlı Rauf Quluzadə, onun həmyaşıdı İsrafil Quluzadə və 21 yaşlı Səndin Məmmədzadə müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.