• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1994
— 01.10.2018 10:01

Universal Volvo V60 yolsuzluq avtomobili oldu

İsveçin Volvo markası yeni V60 Cross Country avtomobilini nümayiş elətdirib. Bu də universalı ofrouda çeviriblər. O, 212 millimetr klirens, tam ötürücü sistem və elektron idarəetmə üçün xüsusi rejim əldə edib. Kross-universalın hazırlandığı platformadan XC90 də maşını üçün də istifadə olunur. Şassi və asma yolsuzluq şəraiti üçün təkmilləşdirilib. Volvo V60 Cross Country-nin təchizat siyahısına motoru işə salma köməkçi sistemi, stabilizasiya elektron sistemi və Pilot Assist avtopilotu daxildir. Avtopilot 130 km/saat sürətədək işləmək qabiliyyətindədir. Apple CarPlay, Android Auto və 4G, yoldan çıxarkən xəbərdarlıq sistemi, həmçinin arxaya parketmə funksiyasını da kross-universalda tapmaq olar. Volvo V60 Cross Country maşınını 225 at güclü benzin və 165 at güclü dizellə təklif edəcəklər. Daha sonra hibrid versiya da peyda olacaq.