• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1735
— 29.09.2018 15:49

Samuxda ağ qızılın yığımına başlanılıb

KepezTV Player

Sahələrdə məhsuldarlığın ürəkaçan olması fermerlərin üzünü güldürür. Üstəlik pambığın hər tonunun alış qiymətininin 50 manat artırılması isə pambıqçıları əkinə həvəsləndirib.

Niyazi Əliyev fermer: Hazırda birinci yığımımız gedir. Orta məhsuldarlıq 30 sentnerə yaxındır. İkinci yığımda məhsul bir qədər az olsa da yekunda məhsuldarlığın daha yaxşı olacağına ümidliyik.

Bu il Samuxda 400 hektar sahədə çiyid səpilib və havalar əlverişli keçdiyindən pambıq tez yetişib. Əvvəlki illərdə hər hektardan 8-10 sentner pambıq götürən fermerlər bu il orta məhsuldarlığın 3 dəfəyədək artdığını deyirlər.

Asif Saatov fermer: 90 herktar fermer təsərrüfatımız var. Camaatla müqavilə bağlamışıq. Dünəndən yığıma başlamışıq. Pambıqda göz qabağındadır. Təxminən birinci yığımda orta məhsuldarlıq 25-30 sentnerdir.

Samuxda ötən ildən etibarən pambığın texnika ilə yığımına üstünlük verilir. Hazırda sahələrdə kifayət qədər kombayn var. Bu texnikalar vasitəsilə gün ərzində 10-12 hektar ərazinin məhsulu yığılır.

Rahil Həsənov Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru: Pambığın alış qiymətinin bütün sortlar üzrə 50 manat artırılması pambıqçılarda xüsusi bir ruh yüksəkliyi yaradıb. Buna 50 manat kimi baxmaq lazım deyil. Bu bir sahəyə veriləndə sentnerindən asılı olaraq 150-200 manata kimi fermer qazanc əldə edə bilir.

Rayonda yaradılan komissiya gündəlik olaraq sahələrdə ağ qızılın yığımına nəzarət edir və qarşıya çıxa biləcək problemlər operativ şəkildə həll edilir.

Natiq Hüseyn