• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1484
— 28.09.2018 14:49

Təhsil naziri Gəncə məktəbində Alqoritimika layihəsinin icra vəziyyətilə maraqlanıb

KepezTV Player

Azərbaycanın orta təhsil sistemində İKT-nin şagirdlər arasında daha da dərindən mənimsənilməsini təmin etmək üçün ötən ildən etibarən Bakıda və Gəncədə bir neçə məktəbədə Alqoritimika adlı layihənin tətbiqinə start verilib. Bu məqsədlə Gəncədə səfərdə olan təhsil naziri Ceyhun Bayramov şəhərin 4 nömrəli orta məktəbində layihənin nəzəri və praktiki cəhətdən tədrisi ilə maraqlanıb, yaradılan şəraitlə yerindəcə tanış olub. Bakı şəhərində 45 məktəbədə, Gəncədə isə 6 məktəbədə metodologiyası aparılan informatika fənninin gələn ildən respublikanın daha bir neçə şəhər və rayon məktəblərində tətbiqinə start veriləcəkdir. İlkin olaraq layihədən 5-ci və 6-cı sinif şagirdləri yararlana bilir. 

Ceyhun Bayramov – Təhsil naziri: “Bu layihə ilə biz yeni yanaşmalar tətbiq edərək informatika fənnini tədrisini təhsil nazirliyi olaraq bütün sinflərdə genişləndirlməsini həyata keçirəcəyik. Tam ənimlikə demək olar ki, müasir dünyada indormatika fənni İKT ilə bağlı olan bacarıqlar artıq bi alət, bir vasitədir.  Bütün digər fənlərin dərindən və keyfiyyətli mənimsənilməsi formatında tədris olunan dərslərin gələcəkdə biz müsbət bağlantısını görəcəyik.”