• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 746
— 28.09.2018 14:11

“Region Liqası”nda yeni mövsümün püşkü atılıb

KepezTV Player

AFFA-nın bayrağı altında ikinci il keçiriləcək “Region Liqası”nın 2018/2019-cu il mövsümünün püşkü atılıb. Püşkatma mərasimi 4 zona üzrə olub. Gəncədə Şimal-Qərb və Qərb regionunda mübarizə aparacaq komandaların təqvimi müəyyənləşib. Tədbirdə AFFA-nın Məşqçilər Komitəsinin üzvləri, regional futbol federasiyalarının rəsmiləri və iştirakçı komandaların nümayəndələri iştirak edib. Bu zonada 7 komanda qüvvəsini sınayacaq. Bunlar Gəncə, Qazax, Mingəçevir, Şəki, Oğuz, Qax və Ağdaş təmsilçiləridir. Liqanın oyunlarına oktyabrın 6-da start veriləcək. Oyunlar iki dövrədən ibarət olacaq və dairəvi - ev-səfər sistemlə keçiriləcək. Hər regiondan ilk 3 yeri tutan komanda növbəti mərhələyə yüksələcək.

 

Azad Rəfi