• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1819
— 28.09.2018 13:12

Əkin sahəsində raket hissəsi tapılıb

Beyləqanda partlamamış hərbi sursat aşkarlanıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Beyləqan rayon Polis şöbəsinin əməkdaşları rayonun Mil qəsəbəsi ərazisində əkin sahəsinə baxış keçiriblər. ANAMA-nın mütəxəssisləri tərəfindən 1 ədəd PQ-7 raketinin motor hissəsi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Raketin tapıldığı yerin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.