• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1748
— 28.09.2018 13:22

Keçmiş məhkumun evində narkotik aşkarlandı

KepezTV Player

Balakən Polisi rayon ərazisində narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib. RPŞ-yə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı Mahamalar kənd sakini, 20 yaşlı Zaur Məmmədovun yaşadığı evdə onun qanunsuz olaraq saxladığı üç ədəd polietilen torbada ümumi çəkisi 1 kq 750 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb. Araşdırmalarla Məmmədovun həmin narkotik vasitəni rayonun Tülü kəndi ərazisində, çöllük sahənin kənarında kultivasiya üsulu ilə əkib-becərdiyi, hündürlüyü 3 metrə yaxın 4 ədəd çətənə bitkisindən topladığı məlum olub. Həmin bitkilər ərazidən götürülərək, qurudulmuş marixuana ilə birlikdə maddi sübut kimi istintaqa təhvil verilib. Zaur Məmmədov əvəllər də narkotik bitkilərin qanunsuz kultivasiyasına görə məhkum edilib.