• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1483
— 28.09.2018 13:18

Qayın yeznəsini baltalayaraq qətlə yetirdi

KepezTV Player

Lənkəranda qayın yeznəsini balta ilə qətlə yetirib. Cinayət hadisəsi ötən gün axşam saatlarında rayonun Vilvan kəndində baş verib. Kənd sakini Mahir Əzimov yaşadığı evin həyətində bacısının əri, Lənkəran şəhər sakini 58 yaşlı Sakit Yusubova ailə münaqişəsi zəminində balta ilə bir neçə zərbə endirib. Yusubov aldığ çoxsaylı zərbələrdən hadisə yerindəcə keçinib. Mahir Əzimov isə könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olub. Mərhumun meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Əvvələr məhkumluq həyatı yaşayan Mahir Əzimov bir müddət öncə azadlığa çıxıb. Faktla bağlı Lənkəran rayon prokurorluğunda açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir.