
İstanbulda keçirilən aerokosmik texnogiyalar festivalı çərçivəsində qeyri-adi yarış düzənlənib. Yar Electric GT Tesla Model S avtomobili iki təyyarə, superbayk, Formula-1 boludu və iki sportkara qarşı yarışıb. İştirakçılara İstanbul Yeni Aeroportunun uçuş-eniş zolağını ötmək tapşırılıb. 402 metrlik məsafədə ən yaxşı göstəriciyə iki litrlik 310 at güclü Kawasaki Ninja H2R motosikleti nail olub. Tesla Model S P100DL-ə gəldikdə o, enli kuvozuna görə seçilir və 789 at güclü iki elektromotorla işləyir. İlk yüzü belə maşın 2,1 saniyəyə yığır. Ən yüksək sürətsə 250 km/saata çatır.
- Baxış: 500