• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 917
— 27.09.2018 16:57

Səyyar ASAN Xidmət Goranboydadır

KepezTV Player

Goranboynun Dəliməmmədli şəhərində olan səyyar “ASAN xidmət” oktyabr;n 2-dək daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması kimi müraciətlərə baxacaq. Bundan başqa ilk dəfə olaraq Azəriqaz İB tərəfindən göstərilən xidmətlərə itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, koda düşmüş kartların bərpası, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə 20 növ xidmət daxil edilib.

Əfsəl Orucov sakin:“Mən nəvələrimə və özümə şəxsiyyət vəsiqəsini alınması üçün gəlmişdim, bizə çox yaxşı xidmət göstərdilər. Mən bir vətəndaş kimi ASAN xidmətin işindən çox razıyam.

Cəmil Rzayev sakin:“Pensiya işimlə bağlı müraciət elədim bunlara. Qısa müddətdə işimi həll elədilər və mən bundan çox razıyam. ASAN-nın bu çür qayğı göstərməyi əhali üçün çox yaxşıdır.”

Mehrac Cabbarlı səyyar ASAN Xidmətinin qrup rəhbəri:“Səyyar ASAN xidməti vətəndaşların rahatlığını təmin etmək üçün yardımçı funsional xidmətləri də təklif edir. Bunlara foto və tibbi xidmət, eləcə də Azəriqaz tərəfindən təklif olunan xidmətlərdir. Səyyar ASAN xidmətini burada təşkil olunmasında əsas məqsəd vətəndaşlar üçün dövlət orqanlarının xidmətlərini əlçatanlığının təmin olunması, müraciət edənlərin vaxt itgisini qarşısını alınmasıdır.