İsveçin Sandvik şirkəti pilotsuz şütüyən 38 tonluq ağır yük qaldıran maşınını şüşəli labirintdə sınaqdan keçirib. Maşına təyin olunmuş marşrut üzrə sərbəst şəkildə hərəkət etmək tapşırılıb. Sandvikin avtonom rejimli maşınları 20 ildən artıqdır ki, şaxtalarda işləyir. Onların pilotsuz hərəkəti lazerli uzaqölçən, sensor və hiroskopla idarə olunur. Yerin altında GPS-dən istifadə isə qeyri-mümkündür.
- Baxış: 653