• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2337
— 26.09.2018 14:13

Gəncədə üzgücülük yarışı keçirilib

KepezTV Player

Gəncədə Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunan ayrı-ayrı idman növləri üzrə turnirlər davam edir. Növbəti belə yarış üzgücülük üzrə şəhər birinciliyi olub. Yarış Gəncə Olimpiya İdman Kompleksində keçirilib. Açıq xarakter daşıdığından birincilikdə Nizami yurdunun idmançıları ilə yanaşı, Şəmkir və Göygöl təmsilçiləri də iştirak edib. Mükafatlar uğrunda  2004-2007-ci təvəllüdlü uşaq və yeniyetmələr mübarizə aparıb. Yarışda 45 üzgücü sərbəst və arxası üstə üzmədə 50 və 100 metr məsafədə qüvvəsini sınayıb. Birincilik başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. İlk “3-lüy”ə düşən üzgücülərə fəxri fərmanlar və həvəsləndirici hədiyyələr təqdim olunub.

Azad Rəfi