• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1601
— 26.09.2018 14:32

İsveçin Azərbaycandakı səfiri İnqrid Tersman Gəncəyə səfərə gəlib

KepezTV Player

Şəhər rəhbərliyi tərəfindən qəbul edilən qonağa Gəncənin tarixi, mədəniyyəti, eləcə də burada yaşayıb-yaradan dahi şəxsiyyətlər haqqında geniş məlumat verilib. Şəhərdə 3 ali təhsil məktəbinin, avtomobil, alüminium və şərabçılıq kimi iri qida və sənaye obyektlərinin fəliyyət göstərdiyi diqqətə çatdırılıb. Səfir İnqrid Tersman bölgələrə səfəri ilə bağlı təsuratlarını bölüşüb. Gəncənin zəngin tarixinə nəzər salmaq və burada yaşayan insanları yaxından tanımaq, səfərinin əsas məqsədi olduğunu vurğulayıb.

İnqrid Tersman - İsveçin Azərbaycandakı səfiri: Bu mənim Gəncəyə ilk səfərimdir. Şəhərin müxtəlif yerlərində olduq. İnsanlar çox gülərüz və qonaqpərvərdilər. Xüsusən də burada gənclərə yaradılan şərait və onların inkişafı üçün görülən işlər məni sevindirdi. Gələcəkdə mədəniyyət sahəsində əməkdaşlıq etməyi düşünürük. 

 

Elton Cabbarlı