• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2472
— 26.09.2018 13:18

Şəmkirdə top mərmisi tapılıb

KepezTV Player

Şəmkirdə partlamamış hərbi sursat aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Şəmkir rayonu, Təzəkənd kəndi ərazisində 1 ədəd partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Şəmkir rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 100 mm-lik top mərmisi (BR-412) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Top mərmisinin tapıldığı yerin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.