• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1877
— 26.09.2018 13:30

Gecə saatlarında avtoxuliqanlıq edən sürücülər saxlanılıblar

KepezTV Player

Saxlanılan "Porsche" və “Niva” markalı avtomobillərdən qadağan olunmuş səs siqnalları, kustar üsulla hazırlanan tünd pərdələr aşkarlanıb. Həmçinin "Niva" markalı avtomobillərin yük yerlərindən nəqliyyat vasitələrinin ön hissələrinin yuxarı qalxması üçün istifadə edilən qum kisələri də aşkar edilib.

Avtoxuliqanlıq edən sürücülər barəsində Binəqədi rayon DYPŞ-də toplanan meteriallar qərar qəbul edilməsi üçün məhkəmələrə göndərilib. Bundan əlavə Binəqədi rayon ərazisində yükdaşıma qaydalarını pozan, istismar müddətini başa vurmuş, həmçinin yükləri açıq şəkildə təhlükəli vəziyyətdə daşıyan 20-ə yaxın yük maşını da cərimə meydançasına yerləşdirilib.

Yük maşınlarını idarə edən şəxslərdən birinin sürücülük hüququnun 6 ay müddətinə məhdudlaşdırıldığı da məlum olub.

Kobud qayda pozan sürücülər inzibati qaydada məsuliyyətə cəlb edilməklə bərabər, onlarla maarifləndirici söhbətlər də aparılıb, sükan arxasında məsuliyyətli olmağın vacibliyi vurğulanıb. Binəqədi, eləcə də paytaxtın digər rayonlarında da analoji tədbirlər bundan sonra da davam etdiriləcək.