• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1979
— 26.09.2018 13:28

Ölkə yollarında baş verən qəzalar yenə ağır nəticələrlə yadda qaldı

KepezTV Player

Həm canından, həm sağlamlığından olanlar var. Yol-nəqliyyat hadisələrinin təfərrütlarını ekranlara gətiririk.

Saatlıda ağır yol qəzası baş verib. Sarıcalar kındində “Jeep” markalı avtomobil qarşıdan gedən “Qazel” markalı maşına çırpılıb. Nəticədə Çolpı kənd sakini, 32 yaşlı Təbriz Bayramov hadisə yerində ölüb, 2 nəfər isə xəsarət alıb. Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Bərdədə də ağır yol qəzası olub. Hadisə Yevlax-Ağdam avtomobil yolunun Bərdə rayonu, Divanlı kəndi ərazisindən keçən hissəsində baş verib. “Oka" markalı avtomobilin idarəetmədən çıxaraq dəmir məhəccərə çırpılması nəticəsində sürücü – 50 yaşlı Azər Həzili yerindəcə dünyasını dəyişib. Daha bir qəza Salyan rayonunun Alçalı kəndində baş verib. Axşam saatlarında Sarvan kənd sakini, 23 yaşlı Rabil Qəfərovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil işıqları yanmayan, ot daşıyan qoşqulu traktora çırpılıb. Hadisə nəticəsində avtomobilin sürücüsü və həmkəndliləri olan sərnişinlər, 29 yaşlı Nazim Əmənov, 24 yaşlı Pərvin Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

((K/A))Astarada bir ailənin 4 üzvü qəzaya düşüb. Ərçivan kəndi ərazisində Bakı sakini, 34 yaşlı Çingiz Şirinovun idarə etdiyi "Kia Rio" markalı avtomobil "Mercedes"lə toqquşub. Hadisə zamanı sürücünün ailə üzvləri də maşında olublar. Qəza nəticəsində sürücünün atası, 62 yaşlı Cavanşir Şirinov xəsarət alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Faktlar üzrə araşdırmalar davam etdirilir.