• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1644
— 26.09.2018 10:03

Nissan Navara pikapını mobil rəsədxanaya çevirdilər

Nissan şirkəti Avropa kosmik agentliyinin əməkdaşları üçün Navara pikapını mobil rəsədxanaya çevirib. Navara Dark Sky adını alan layihə ulduzlu səma xəritəsinin bir hissəsidir. Bunun üçün Avropa kosmik agentliyi astronomik Gaia peykindən istifadə edir. Adı çəkilən süni peyk planetimizə yaxın milyarddan çox ulduz barədə məlumatı Yer kürəsinə ötürməyi bacarıb. Nissanın yeni prototipi astronomları mükəmməl qaranlıq səma (Excellent Dark Sky) adlanan yerə çatmaqda kömək edəcək. Bu məkanda təqdiqat aparmaq göy mütəxəssisləri üçün daha əlverişlidir. Pikapa qoşulan PlaneWave teleskopuna gəldikdə o, mexaniki ötürücüsü olan qoruyucu örtüyə malikdir. Moduldakı yüksək dəqiqlikli optiklərin kalibrlənməsini zədələmək üçün isə içəridəki hava daim soyudulur. Bu teleskopla Saturn planetinin halqalarını, başqa qalaktikaları və dumanlıqları görmək mümkündür. Pikap 2,3 litrlik 190 at güclü motorla təchiz olunub. O, portativ akkumlaytorlar bloku, WiFi giriş nöqtəsi, eləcə də noutbuklar və ultraqısa dalğalar üçün dok-stansiya ilə təmin olunub.