• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2149
— 25.09.2018 17:40

Təhlükəsizlik rəisi işlədiyi şirkətdən 450 min manat oğurladı

KepezTV Player

Sumqayıt şəhəri ərazisində yerləşən MMC-lərin birinin mühasib otağındakı seyfin qapısının naməlum şəraitdə sındırılaraq oradan 450000 manat oğurlandığı barədə Sumqayıt Şəhər Polis İdarəsinə müraciət olunub. "məliyyat-istintaq qrupu tərəfindən dərhal hadisə yerinə baxış keçirilib. Qeyd edilən oğurluq hadisəsini törədən Sumqayıt şəhər sakini Rauf  Nəbiyev saxlanılıb. Araşdırma zamanı məlum ki,  saxlanılan şəxs qeyd edilən MMC-də təhlükəsizlik üzrə növbə rəisi işləyib. Bu səbəbdən o, seyfin saxlanıldığı otağın harada yerləşməsi, həmçinin içində nə qədər pul olması barədə məlumatlı olub. Nəbiyev istintaqa verdiyi ifadəsində oğurluq etdiyini etiraf edib.

Əməliyyat tədbirlərinin davamı olaraq R.Nəbiyevin seyfdən oğurladığı pulun əksər hissəsi onun yaşadığı evdən aşkar olunaraq madddi sübut kimi götürülüb və müvafiq protokol tərtib edilərək MMC-yə qaytarılıb. Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.