• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1956
— 25.09.2018 16:36

10 kq-lıq robot-köməkçilər və ekzoskelet

LG CLOi servis robotları ilk dəfə deyil ki, dünya sərgisinə çıxırlar. Koreyanın İnçxon aeroportunda özlərini yaxşı tərəfdən göstərən robot-gid və robot təmizləyiciyə bu dəfə robot-resepsionist (Porter Robot), robot-qulluqçu (Service Robot)  və robot-araba da (Shopping Cart Robot) qoşulub. Sonuncu ərzaqları daşımaqla məşğuldur. Resepsionist robot hotel üçün ödənişləri qəbul edir, müştəriləri yerləşdirir və yola salır, eləcə də baqajlarını daşıyır. Qulluqçu robotların isə işi dəsmalları və məcməyidə yeməkləri aparıb-gətirməkdir. Robot-arabaya gəldikdə o, konsultant kimi çalışır: məhsulları skan edir və qiyməti açıqlayır, ərzaqları daşıyır və alıcını lazım olan bölməyə yönləndirir. Sərgiyə ilk dəfə CLOi SuitBot adlı robot-ekzoskelet də gətirilib. O, beldəki və ayaqlardakı ağrıları azaldır. 10 kiloqramlıq bu ekzoskeletlə həmçinin ağır yüklər də qaldırmaq olar. Qurğu nəinki yük qaldıranların hətta yaşlı insanların da işini asanlaşdıracaq. Lakin onun hələlik satışa tam hazır olmadığı və sınaqların davam etdiyi bildirilir.