• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 822
— 25.09.2018 16:35

Renault yüklərin çatdırılması üçün pilotsuz robokapsul hazırladı

Renault şirkəti qeyri-adi konsept təqdim edib. EZ-PRO paltforması avtonom və pilotsuz hərəkət edən robokopsuldan ibarətdir. Şirkət rəsmiləri gələcəyin provayderlərini və kuryer xidmətlərini məhz belə görür. Baş kapsula sərnişin bölməsi üçündür. Buraya giriş ön tərəfdəki qapıdandır. İçəridə marşrutun planlaşdırılmasına, çatdırılmasına, eləcə də modullu robofurqonlara cavabdeh olan biri olacaq. Bununla yanaşı o kövrək əşyaların və ərzaqların daşınmasını da təşkil edə bilər. Renault-da hesab ediblər ki, logistik proseslərin tam avtomatlaşdırılması yaxın gələcək olmayacaq, buna görə nəqliyyat fəaliyyətinin mərkəzində hələ də insana ehtiyac var. Kapsul şəkilli konsept həm kolon həm də sərbəst etmək qabiliyyətindədir. Əsas özəllik yük daşıyan robokapsulların vahid sistemdən idarə olunmasıdır. Hətta çatdırılan yükləri izləmək smartfon vasitəsilə izləmək mümkündür.