• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 727
— 25.09.2018 16:24

Gəncənin su-kanalzasiya xətləri yenilənən Müseyib Bağırov küçəsi asfaltlanır

KepezTV Player

100-ə yaxın ailənin yaşadığı olan küçənin 300 metrdən artıq hissəsində işlər yekunlaşıb. Eni 9, uzunluğu 700 metr olan küçədə piyadalar üçün səki də salınıb. “Gəncə Köürpü” ASC-nin 8 ədəd ağır texnikası, eləcə də 20-ə yaxın işçi qüvvəsi asfaltsalma işini iki günə yekunlaşdırmağı planlaşdırır.

Zirəddin Pənahov sakin:“Küçə çox bərbad halda idi. Yol kələ-kötür idi, su boruları sınmışdı. Su yola axırdı torpağı qaldırırdı, uşaqlar məktəbə gedə bilmirdi. Yaxşı təmir işləri gedir”

Səfər Cəfərov  sakin:“Asfalt örtüyü çəkirlər. Su, kanalzasiya sistemləri çəkiblər. Abadlıq işləri görülür. Buna görə çox minnətdarlğımızı bildiririk”.

Ceyhun Bediyev sahə rəisi:“Köhnə asfalt çıxarılıb. Yerinə çınqıl daş verilib. Bərkitmə işləri gedib, ondan sonra asfaltlama işlərinə başladıq. Paralel olaraq bütün küçələrin hamısı asfaltlanacaqdır”.

Elnur Vahidoğlu