• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1778
— 25.09.2018 16:21

Gədəbəyin Qoşabulaq kəndinin sakinləri həyəcan təbili çalır

KepezTV Player

Gədəbəyin Qoşabulaq kəndinin sakinləri həyacanlıdır. Məktəbin yaxınlığında yanacaqdoldurma məntəqəsinin fəaliyyət göstərməsi narahatlığa əsas səbəbdir. Hətta yanacaqdoldurma məntəqəsinin məktəbin həyatyanı ərazisində tikildiyi də iddia edilir. ARB-nin qaynar xəttinə daxil olan şikayət əsasında kənddən hazırlanan sujeti təqdim edirik.

Şəmistan Quliyev sakin: Məktəbin sırf həyətində yanacaq doldurma məntəqəsi təhlükə yarada bilər. Hər cür hadisə ola bilər. Bəli biz onun əlehinəyik. Kənddə yanacaq doldurma məntəqəsi üçün bələdiyyənin o qədər yeri var. Biz buna etiraz etmirik. Hələ bizdə kömək edərik. Ancaq məktəbin həyətində belə şeylər olmaz. Onsuz da məktəb bərbad gündədir.

Sakinləri məktəbin təmirsiz olmasından daha çox övladlarının həyatı üçün yarana biləcək təhlükə narahat edir. 10 ildən artıqdır fəaliyyət göstərən məntəqənin yerinin dəyişdirilməsini istəyən sakinlər məktəb ərazisinin zəbt edildiyini də bildirirlər.

Asif İsmayılov sakin: Tələbimiz odur ki məktəbin həyətindən yanacaq doldurma məntəqəsi çıxarılsın. O ortadakı çəpər götürülsün. Məktəbdə qanun qayda yaradılsın. Bizim uşaqların oynamasına yer olsun.

Vüqar Məmmədtağıyev sakin: İstənilən yerlərə müraciət etmişik. Hamısı gəlir rayonun üstünə rayonda bunların dediyini deyir. Söhbət budur.

Telman Əliyev sakin: Bir yanğın olsa necə olar. Mən deyiləm sizsiz. Yanğın olsa o uşaq oradan çıxa bilər. Qaça bilər yox.

Qoşabulaq kənd 2 saylı tam orta məktəbin direktor müavini yanacaqdoldurma məntəqəsinin inşa eidldiyi torpaq sahəsinin kənd bələdiyyəsinə məxsus olduğunu deyir.

Elxan Musayev Qoşabulaq kənd 2 saylı tam orta məktəbin direktor müavini: Yanacaq doldurma məntəqəsinin yeri məktəbin balansından çıxıb. O bələdiyyənin sahəsindədir. Yəni bu sahələrin məktəbə dəxli yoxdur.

Torpaq sahəsinin onlara aid olduğunu inkar etməyən kənd bələdiyyəsinin sədri Rasim Ələkbərov yanacaqdoldurma məntəqəsinin məktəb yaxınlığında tikilməsi və fəaliyyət göstərməsi üçün aidiyyatı qurumların müsbət rəyi olduğunu da sözlərinə əlavə edib.  

Rasim Ələkbərov Qoşabulaq kənd bələdiyyəsinin sədri: 2007-ci ildə həmin sahə 8 sot ərazi sahibkar tərəfindən alınıb və orada yanacaq doldurma məntəqəsi tikilib. Onun hər bir sənədi qaydasındadır. 11 ildir fəaliyyət göstərir. Bütün nazirliklərdən Fövqəladə Hallar Nazirliyindən də rəy alınıb.

Qanunvericiliyə əsasən yanacaqdoldurma məntəqəsinin çənləri yeraltındadırsa ictimai obyektlərdən 25, yerüstündədirsə 50 metr aralı olmalıdır. Tələblərin pozulması isə sahibkarın inzibatı qaydada cərimələnməsi ilə nəticələnir.

Natiq Hüseyn