• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1717
— 25.09.2018 14:09

Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

KepezTV Player

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları külli miqdarda narkotik vasitəni aşkar edərək qanunsuz dövriyyədən çıxarıblar. Əldə edilmiş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri ilə Anar Zeynalov şübhəli şəxs qismində saxlanılıb. Əməliyyatın davamı olaraq onun rayonun Keşqurt kəndində yaşadığı evə baxış keçirilib. Onun evinin damından çəkisi 4 kiloqram 240 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.