• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1767
— 25.09.2018 14:05

İşıq dirəyinə çırpılan avtomobil yanıb

KepezTV Player

Paytaxtda yanğınla müşayiət olunan yol-nəqliyyat hadisəsi baş verib.Nizami rayonunda yüksək sürətlə hərəkətdə olan  "Kia" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yol kənarındakı işıq dirəyinə çırpılıb. Zərbənin gücündən yararsız hala düşən maşında yanğın başlayıb. Qəza zamanı sürücü xəsarət almayıb. O, yanğından əvvəl maşını tərk edə bilib. Əraziyə FHN-in yanğından mühafizə xidmətinin əməkdaşları cəlb ediliblər. Hadisə nəticəsində avtomobilin mühərrikinin yanar hissələri yanıb, qalan hissəsi isə alovdan mühafizə olunub. Yanğın söndürülüb, faktla əlaqədar araşdırmalara başlanılıb.