• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1370
— 25.09.2018 14:04

Qəzada ana və oğlu xəsarət alıb

KepezTV Player

Daha bir yol qəzası Goranboyda qeydə alınıb. Qaraqucaq kəndi ərazisində "VAZ 2106" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində ana və bala xəsarət alıb. Yaralılar - Səfikürd kənd sakinləri 47 yaşlı Vəfa Qurbanova və oğlu 23 yaşlı Anar Qurbanov Gornaboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Döş qəfəsinin küt travması, sağ bud çanaq oynağının qapalı küt travması və yumşaq toxumaların əzniyi diaqnozu qoyulan qadın Travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti daha ağır olan oğul isə Reanimasiya şöbəsindədir. Faktla bağlı araşdırma aparılır.