• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1646
— 24.09.2018 23:03

Bankomatdan pul çıxaran şəxsi soydular

KepezTV Player

Xətai Rayon Polis İdarəsinə müraciət edən rayon sakini Vladimir Yeqorov tanımadığı şəxsin onun cibindən 400 manat pulu soyğunçuluq yolu ilə keçirdiyini bildirib. İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Emin Qədimov və Razi Əliyev saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, zərərçəkənin Nərimanov rayonu ərazisində bankomatdan pul çıxardığını görəndən sonra hər iki şəxs onu izləməyə başlayıb. Xətai rayonu ərazisində isə Qədimov ona yaxınlaşaraq pulunu soyğunçuluq yolu ilə ələ keçirib.Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.