• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1803
— 24.09.2018 14:19

Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadası start götürüb

KepezTV Player

Bu gün Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadası start götürüb. Oktyabrın 5-dək davam edəcək yarışda kişi və qadınlardan ibarət Azərbaycan milli komandaları da iştirak edir. Zəriflərin mübarizəsində Gəncə şahmat məktəbinin yetirməsi Ülviyyə Fətəliyeva da yığmamızın şərəfini qoruyur. Fətəliyeva açılış günü İordaniyaya qarşı 5 nəfərlik heyətə də daxil edilib. Mütəmadi olaraq milli komandaya dəvət alan Fətəliyevaya məşqçilər korpusunun etimadı böyükdü. Xatırladaq ki, Ülviyyə Fətəliyeva 2 il əvvəl Bakıda keçirilmiş Şahmat Olimpiadasında da komandamızın tərkibində olub. O, şəxsi yarışlarda beynəlxalq turnirlərin mükafatçısı, Avropa birinciliyinin qalibi adını qazanıb.