• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 998
— 24.09.2018 14:53

Gəncədə kurqan arxeoparkının yaradılması nəzərdə tutulur

KepezTV Player

Gələn il Qafqazda ilk dəfə olaraq Gəncədə kurqan arxeoparkının yaradılması nəzərdə tutulur. Bu arxeopark yaşı 4 min ilə yaxın olan son tunc dövrünə aid kurqanlar üzərində yaradılacaq. Yeni yaradılacaq arxeoparkda dünya təcrübəsindən istifadə olunacaq ki, bu da həmin abidələrin qorunmasına xidmət edəcək.

Gəncədə kurqan abidələri 2015-ci ildə aşkarlanıb. 2016-ci ildən başlayaraq bu abidələrdə arxeoloji qazıntılara başlanılıb. Hazırda Gəncənin 11 ha ərazisində 60-a yaxın bu cür kurqan abidə var.

Elnur Həsənov - AMEA-nın Gəncə bölməsinin əməkdaşı: Müəyyən olundu ki, burdakı qədim abidələr, qədim kurqan qəbirləri həm dövr baxımdan çox qədimdir, Həm Gəncə şəhərinin çox qədim ən azı 4 min illik şəhər mədəniyyəti mərkəzi kimi yaşını sübüt edilməsi üçün maddi sübütlar mövcuddur. Həm sənətkarlıq xüsusu ilə dulusçuluq, toxuculuq, metal işləmə kimi ayrı-ayrı sənətkarlıq sahələrinə aid yerli istehsal olan nümunələr maddi tapıntılar aşkar olundu. Burada çoxlu insan qalıqları üzə çıxarıldı.

Aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan kurqan abidələrinin yalnız 10 da tədqiqat işləri başa çatıb. Qazıntılar zamanı həmin kurqanların dördkünc və oval formada olduğu, kameraların ağac tirlərlə örtüldüyü, üzərinə isə çay daşlarının düzüldüyü müəyyənləşdirilib. 1-1,4 metr dərinliyində olan qəbirlərdə insan sümükləri, son tunc dövrünə aid, müxtəlif təyinatlı və formalı saxsı qab nümunələri, tunc asma bəzək əşyaları, ox ucluqları, daş toppuz kimi nümunələr də kurqan qəbirlərində aşkarlanıb. Arxeoparkın bu abidələrin üzərində yaradılması planlaşıdırılır.

Elnur Həsənov - AMEA-nın Gəncə bölməsinin əməkdaşı: Bir çox ölkələrdə bu cür tikililər var. Abidələrin qorunması üçün həm fərqli dizaynda, həm də fərqli forma və məzmunda qoruyucu, mühafizə edici vastələr həyata keçirilib. Gələn ildən yay mövsümündə Azərbaycanla bərabər digər ölkələrin beynəlxalq ekspedisiyaları gəldikcə və bu tədqiqatlar aparıldıqca, yeni abidələr üzə çıxacaq və bilinəcək ki, hansı zaman çərçivəsində bu işlər görülə bilər. Kurqan qəbri torpaq altında daha çox olduğuna görə təbii qatqıları olan materillar vastəsi ilə mühafizə yaradılır. Bu həm kurqan abidəsin qorumaq məqsədi daşıyır, həm də insanlar abidəyə xələl gətirmədən şuşə altında onu görmək imkanı əldə edirlər.

Kurqan abidələri əsasən şəhərin Heydər Əliyev Park Kompleksinin ərazisində və ətrafında aşkar edilib. Tarixçilər və arxeoloqlar kurqanların digər ərazilərdə də olmasını istisna etmirlər.

 

Elnur Vahidoğlu