• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 783
— 24.09.2018 13:28

Qəzada bir ailənin üç üzvü xəsarət alıb

KepezTV Player

Şəkidə baş verən yol qəzasında isə bir ailənin üç üzvü xəsarət alıb. Hadisə şəhərin giriş hissəsində qeydə alınıb. Mingəçevir sakini, 31 yaşlı Abbasəli İsgəndərov "VAZ-2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yol kənarındakı maneəyə çırpılıb. Qəza zamanı sürücü və sərnişinləri - Mingəçevir sakinləri, 26 yaşlı Günay İsgəndərova və 57 yaşlı Zemfira İsgəndərova müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Tibb müəssisəsindən verilən məlumata görə, Günay İsgəndərovanın vəziyyəti ağır olduğundan o paytaxt xəstəxanalarından birinə göndərilib. Digər yaralılara ilkin yardım göstərilib və ambulator müalicəyə buraxılıb. Fakt araşdırılır.