• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1811
— 24.09.2018 13:36

İki maşın toqquşdu: 2 ölü, 2 yaralı

KepezTV Player

Şəmkirdə ölümlə nəticələnən ağır qəza olub. Hadisə hadisə Gəncə-Şəmkir yolunun Abbaslı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Gəncə istiqamətində hərəkətdə olan Ağstafa sakini 33 yaşlı Elvin Salahovun idarə etdiyi “Mercedes” Şəmkir rayon Aşağı Seyfəli kənd sakini 43 yaşlı Yalçın Babayevin sürdüyü “VAZ 2106” markalı avtomobillə toqquşub. Nəticədə VAZ-ın sürücüsü və sərnişini - Daşkəsən rayon sakini Hafiz adlı şəxs hadisə yerində ölüb, 2 nəfər isə xəsarət alıb. Yaralılar, hər iki avtomobilin sərnişinləri - Şəmkir rayonu Seyfəli kənd sakini 47 yaşlı Mərdan İsgəndərov və Gəncə şəhər sakini 61 yaşlı Sevda Qurbanova Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, oradan isə özəl klinikalardan birinə aparılıblar. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.