• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1305
— 24.09.2018 08:54

Şəmkirdə iki maşın toqquşub, ölənlər və yaralananlar var

Şəmkirdə ölümlə nəticələnə ağır qəza olub. Hadisə hadisə Gəncə-Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Gəncə istiqamətində hərəkətdə olan Ağstafa sakini 33 yaşlı Elçin Salahovun idarə etdiyi “Mercedes” Şəmkir rayon Seyfəli kənd sakini 43 yaşlı Yalçın Babayevin sürdüyü “VAZ 2106” markalı avtomobillə toqquşub. Nəticədə VAZ-ın sürücüsü və daha bir nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. Yaralılar - Şəmkir rayonu Seyfəli kənd sakini 47 yaşlı Mərdan İsgəndərov və Gəncə şəhər sakini 61 yaşlı Sevda Qurbanova Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, oradan isə özəl klinikalardan birinə aparılıblar. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Natiq Hüseyn