• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2155
— 21.09.2018 14:21

ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin istehsalı olan film Şəmkir bilik evində nümayiş etdirilib

KepezTV Player

Bilik Fondu tərəfindən Azərbaycan xalq Cümhuriyyətin 100 illiyi ilə bağlı növbəti maarifləndirici tədbir Şəmkir Bilik Evində keçirilib. Tədbirdə “Aran film” Yaradıcılıq Mərkəzinin istehsalı olan “Cümhuriyyət tələbələri” sənədli filmi nümayiş etdirilib. Film Cümhuriyyətin təhsil almaq üçün xaricə göndərdiyi 102 tələbəyə həsr olunub. Ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət hökumətinin milli kadrlar hazırlamaq üçün yollar axtarırdığı, çətin hərbi-siyasi vəziyyətə baxmayaraq, azərbaycanlı gənclərin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi ekran əsərində izləyicilərə təqdim olunub. Nümayişdən sonra filmin yaradıcı heyəti tamaşaçıların suallarını cavablandırıb.  

Ramilə Qurbanlı - Bilik Fondunun aparıcı məsləhətçisi: Cümhuriyyətin 100 illiyi ilə bağlı Bilik fondu həm regionlarda həm də paytaxtda müxtəlif tədbirlər həyata keçirir. Bu günkü tədbirlərimizdə həmin o tədbrilərin davamıdır. Həmdə Bilik Fondunun mədəni marifləndirmə tədbiri çərçivəsində həyata keçirilir. Bu günkü filmimiz ARB Aran studiyasının istehsal etdiyi “Cümhuriyyət tələbələr” filmidir. Cümhuriyyətin 100 illiyinə cümhuriyyət tələbələrinə həsr olunub. Bfilmlərin nmüayişini biz Bilik Fondu Arb Aranla birlikdə həyata keçirir.

 

Natiq Hüseyn