• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2181
— 21.09.2018 14:09

Şəmkirdə futbol üzrə rayon birincliyi keçirilib

KepezTV Player

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibəti ilə Şəmkir rayonunda Böyük Yol İçtimai Birliyinin təşəbbüsü və yerli Gənclər İdman idarəsinin təşkilatçılğı ilə futbol üzrə rayon birinciliyi keçirilib. Açılış mərasimində Şəmkirdə futobolun tarixi keçmişindən və birinciliyin məqsədlərindən danışıblar. Yarışda 8 komanda iki qrupda mübarizə aparıb. Birinciliyin gedişini AFFA-nın yerli nümayədələri də izləyib. Gərgin və maraqlı idman yarışlarından sonra qalib komandalar kubok medal və digər həvəsləndirici mükafatlara layiq görülüb. Həmçinin müxtəlif yaş qrupları üzrə Şəmkirin yığma komandasının tərkibi müəyənləşdirilib. 

Əli Əhmədov - məşqçi: Bu yarışları keçirməkdə məqsədimiz müxtəlif yarış qrupları üzrə Şəmkirin  yığm akomandasının tərkibini müəyən etməkdir. Bildiyiniz kimi Şəmkir bütün yaş qrupları üzrə AFFA-nın kçeirdyi yarışlarda iştirak edir. Bu yarışlarda prespektivli futbolçular var. Onları seçib həmin yarışlara qatılacağıq. 

Natiq Hüseyn