Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münaisbəti ilə Samuxun Qarayeri qəsəbəsində mədəniyyət evinin kollketivinin hazırladığı rəsm əsərlərindən ibarət sərgi təşkil olunub. Tarixi keçmişimiz, milli dəyərlərimizin nümayişi sərgi iştirakçılarda xoş təsürat yaradıb. Uşaq musiqi məktəbi kollektivlərinin hazırladığı konsert proqramı isə sərgini bir qədər də rəngarəng edib. Xüsusi ilə yeniyetmə xanəndələrin səslədnirdiyi muğamlarımız və sazda el havalarının ifası maraqla qarşılanıb. Sonda respublika musabiqələrində Samux rayonunu layiqincə təmsil edən bir qrup gəncə Mədəniyyət Mərkəzi tərəfindən fəxri fərman verilib.
Şəlalə Tağıyeva - Samux Rayon Mədəniyyət Mərkəzinin direktoru: Bu günkü tədbirimizin əsas məqsədi milli mənəvi irsimizi təbliğ etmək yaşatmaq və qorumaqdan ibarətdir. Gələcək nəsillərə bizim milli adət ənənələrimizi yaradıcılıq işlərimizi öyrətmək və onlar tərəfindən qorunub saxlanılmasını təmin etməkdən ibarətdir.
Natiq Hüseyn
- Baxış: 858