• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1158
— 21.09.2018 14:15

“Azəriqaz” Gədəbəyin düşmənlə həmsərhəd olan 21 yaşayış məntəqəsini qazlaşdırır

KepezTV Player

Bu kəndlərin 19-u rayonun Şınıx bölgəsində yerləşir. Ümumilikdə 1047 abonentin mavi yanacağa olan tələbatının ödənilməsinə hesablanan işlər sakinlərin sevincinə səbəb olub. 2 minə yaxın sakini olan Səbətkeşməz kəndində davam edən xətlərin çəkilişi yekunlaşdıqdan sonra sınaq işləri aparılacaq və ilin sonuna qədər əhali mavi yanacaqdan istifadə edə biləcək.

Saməddin Bağırov - Səbətkeşməz kənd sakini: “Sovet dönəmində 70 il böyük bir zaman kəsiyində yaşasaqda bu el oba mavi yanacağı görə bilmədi. Çox çətinliklər çəkirik biz dağ rayonunda yaşayırıq, düşmənlə həmsərəhdik.”

Qüdrət Bağırov – sakin:“Qazın olmamasından biz həmişə meşədən odun gətirmək məcburiyyətində qalırıq. Bu da çox əziyyətli və bizə baha başa gəlirdir. Meşənin qırılması həm də bölgənin ekologiyasına  mənfi təsir edir, ağacalar məhv olurdu.”

Ülvi Rüstəmli – sahə rəisi: “Hazırda bu günə qədər  Səbətkeşməz kəndində 1140 metr müxtəlif diametirli xəttlər çəkilib, bir neçə gündür ki, sayğacların quraşdırılması aparılır. Yaxın günlərdə kəndin tam olaraq sayğaclaşmasını yekunlaşdıracağıq.”

 

Xaliq Qurbanlı