• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1182
— 21.09.2018 13:10

İcazəsiz ov etmək istəyən əcnəbilər saxlanılıblar

KepezTV Player

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Salyan rayonunun Kalmas adlanan ərazisində icazəsiz ova cəhd edən 2 nəfəri saxlayıblar. Araşdırma zamanı həmin şəxslərin Bəhreyn Krallığının və Pakistan İslam Respublikasının vətəndaşları olduğu müəyyən edilib. Onlardan quş ovlamaq üçün ləvazimatlar götürülüb. Təqsirkarların hər biri inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.