• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 845
— 21.09.2018 13:22

Yeyib-içdiyi tanışları tərəfindən bıçaqlandı

KepezTV Player

Tovuz rayonunda bıçaqlanma olub. Əyyublu kəndində kirayədə yaşayan Yevlax rayon sakini, 43 yaşlı Qurban Rzayev elə həmin evdə döyülərək bıçaqlanıb. Zərərçəkən Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Araşdırmalar zamanı məlum olub ki, Rzayev kirayədə qaldığı evdə 3 tanışı ilə yeyib-içib. Sərxoş vəziyyətdə olan tərəflər arasında mübahisə yaranıb və nəticədə sözügedən hadisə baş verib. Tanışları Rzayevi əvvəlcə evdən qovmaq istəyiblər və münaqişə də buna görə yaranıb. Tovuz Rayon Polis Şöbəsində hadisəni törədən şəxslərin saxlanılması istiqamətində əməliyyat tədbirləri görülür.