• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 737
— 20.09.2018 16:57

Şəmkirdə taekvando üzrə açıq rayon birinciliyi keçirilib

KepezTV Player

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının  100-illik  yubleyi  münasibəti ilə Şəmkir rayonunda yerli Gənclər İdman İdarəsi və Böyük Yol Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə  taekvondo idman  növü  üzrə  uşaq və yeniyetmələr arasında  Açıq  rayon Birinciliyi keçirilib. Şəmkir  Olimpiya  İdman Kompleksində keçirlən yarışda yerli idmançılarla yanaşı ətraf şəhər və rayonların idamnçılarıda iştirak edib. Yarışın təntənəli açılış mərasmində çıxış edənlər Şəmkirdə idmanın kütləviliyinə nail olmaq üçün həyata keçirilən tədbirlərdən danışıblar. Rayonda taekvando idman növünə olan marqdan və yerli idmançıların bu növ üzrə qazandıqları nailəyyətlər məqbul hesab edilib. Rəsmi hissədən sonra yarışlara start verilib. 20 çəki dərəcəsində 100-dən çox idmançı birincilik uğrunda mübarizə aparıb. Sonda qalib idmançılar Şəmkir rayon İcra Hakimiyyətinin medal, diplom və fəxri fərmanları mükafatlandırılacaq.

Şahnur Məmmədov baş məşqçi: Yarışda Tovuzun 3 komandası Göygölün 2 Gəncənin 2 Gədəbəy eləcədə Şəmkir komandası iştirak edir. Yarışda ümumilikdə 150 yeniyetmə və uşaq öz güclərini sınayır.

Natiq Hüseyn