• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1615
— 20.09.2018 14:21

Narkotik maddə müsadirə olundu

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Ərus kəndi ərazisində içərisində narkotik olduğu şübhə doğuran selofan torba tapılıb. Ekspertizaya təqdim olunan həmin maddənin çəkisi 1 kiloqram 835 qram heroin olduğu müəyyən edilib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qısa zamanda həmin narkotikin kimə məxsus olduğu müəyyən edilib. Təxirəsalınmaz tədbirlərlə narkotiki ora ataraq qaçmaqda şübhəli bilinən Cəlilabad rayon sakini Rəşad Əzizov saxlanılıb.Faktla bağlı cinayət işi başlanılıb.

Yevlax rayonunun Varvara kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib.RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə çəkisi 1 ton 216 kiloqram olan 2341 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.