• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 676
— 20.09.2018 14:14

Qonşuları ilə mübahisə edən ər-arvad xəstəxanalıq oldu

KepezTV Player

Ağstafanın Köçəsgər kəndində 31 yaşlı Ramiz Sultanov və onun həyat yoldaşı 30 yaşlı Aliyə Sultanova qonşuları tərəfindən döyülüb.  Səbəb zərərçəkənlərin həyətlərində ocaq yandırması olub. Bu da qonşuluqdakı Cabbarovlar ailəsini narahat edib. Gecədən başlayan mübahisə səhər saatlarında qanlı dava ilə yekunlaşıb.

Həyat yoldaşı Aliyə Sultanova ərinin qonşuları tərəfindən döyüldüyünü görüb və onları ayırmaq istəyib. Bu zaman qadın da döyülüb.

Hər iki şəxsi yaxınları  xəstəxanaya aparıb.  Tibbi yardım göstərildikdən sonra palataya yerləşdiriliblər.Zərərçəkənlərin bildirdiyinə görə, qonşular arasında müxtəlif səbəblərdən əvvəllər də mübahisə yaşanıb. Faktın təfərrüatlarını Ağstafa rayon polis şöbəsi araşdırır.