KepezTV Player
Paytaxtda bıçaqlanma hadisəsi baş verib.Qanlı olay Yasamal rayonunda qeydə alınıb. 1-ci Alatava adlanan ərazidə yaşayan 28 yaşlı Qaraxan Acalov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ayağında bıçaqlanan yaralıya tibbi yardım göstərilib və müalicəsini davam etdirmək üçün palataya yerləşdirilib. Qaraxan Acalov polisə bıçaqla ehtiyatsız davrandığı üçün xəsarət aldığını bildirib. Lakin yaxınlarının izahatları alınan zaman zərərçəkənin yalan ifadə verdiyi məlum olub. Araşdırmalar zamanı Qaraxan Acalovun qardaşı tərəfindən bıçaqlandığı müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırmalar davam edir.
- Baxış: 590