Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			20.09.2018 14:11		
		Maşın atı vuraraq öldürdü, üç nəfər yaralandı
KepezTV Player
					  
					  					  				Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır qəza olub. "VAZ-2107" markalı avtomobil qəflətən qarşısına çıxan atı vuraraq öldürüb və yol kənarına aşıb. Maşın zərbənin gücündən deformasiyaya uğrayıb. Qəza nəticəsində rayon sakinləri – 24 yaşlı Tanrıverdi Orucov, 23 yaşlı Elnur Zeynalov və 25 yaşlı Asif Məmmədov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar. Vəziyyəti daha ağır olan Tanrıverdi Orucov Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 962

