Bu günə xəbərlərin oxunma sayı: 1173
— 19.09.2018 15:02

Aydın İbrahimov 80 illik yubileyini qeyd edir

KepezTV Player

Azərbaycan güləşinin canlı əfsanəsi, Gəncə güləş məktəbinin ən parlaq nümayəndələrindən olan Aydın İbrahimov 80 illik yubileyini qeyd edir.
İbrahimov dahi məşqçi İsax Cəfərovun yetirməsi olub. O, ötən əsrin 60-ci illərində 57 kq çəki dərəcəsində dünyanın ən güclü pəhləvanlarından biri kimi tanınıb. İlk azərbaycanlı dünya çempionu kimi tarixə düşüb. Yubilyar 1963-cü ildə Bolqarıstanda keçirilən dünya çempionatının qızıl medalını qazanmaqla adından söz etdirib. 1964-cü ildə SSRİ çempionu və Tokio Olimpiadasının bürünc mükafatını, 1966-cı ildə isə Avropa çempionu titulunu qazanıb. İdmançı karyerasını bitirdikdən sonra məşqçi kimi fəaliyyət göstərib, bir sıra uğurlara imza atıb. Naliyyətlərinə görə SSRİ-nin əməkdar idman ustası, əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim adlarını alıb. Aydın İbrahimov dünya güləş idman növünün inkişafındakı xidmətlərindən dolayı qızıl medalla təltif edilib. İbrahimov bir müddət futbol sahəsində də çalışıb, 1988-1997-ci illərdə “Neftçi” klubunun ilk prezidenti olub.

 

Azad Rəfi