• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1968
— 19.09.2018 15:23

Yeni ixtisasların açılması Gəncə Tibb Kollecinə qəbul olanların sayını artırıb

KepezTV Player

Gəncə Tibb Kollecində yeni ixtisasların açılması builki qəbul göstəricilərinin artmasına səbəb olub - 295 nəfər. 7 ixtisas üzrə 730 tələbənin təhsil aldığı müəssisədə korpuslar əsaslı təmir edilib, dam örtüyü yenilənib. Kollecdə mərkəzi istilik sistemi bərpa olunub, idman meydançası yaradılıb. Tədrisin keyfiyyətinin artırılması məqsədilə maaddi-texniki bazası da yaxşılaşdırılıb. Tələbələrin praktik məşğələləri keçməsi və əyani şəkildə biliklərə yiyələnməsi üçün də imkanlar yaxşılaşdırılıb.

Mehman Rzayev - Gəncə Tibb Kollecinin direktoru: Kollecimizdə yeni elektron kitabxana fəaliyyətə başlayıb. Bununla bərabər smart löhfələr yerləşdirilib. Yeni dərs ili üçün lazımı şərait yaradılıb. Heç vaxt Gəncə Tibb Kollecində ortapedik stamatologiya, diaqnoztik laboratoriya və praflaktik tibb bacısı ixtisasları üzrə mütəxəsislər hazırlanmamışdı. Bu ildən təlabatı, ehtiyacı nəzərə alaraq yeni ixtisaslar tədris olunmağa başlayacaq.

 

Elnur Vahidoğlu