• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1559
— 19.09.2018 15:17

Gəncədə tolerantlıq və multikultural dəyərlərdən bəhs edilib

KepezTV Player

gencede tollerantli ve multik deyerlerden behs edilib

Gəncə tarixən tolerant və multikultural dəyərlərlərə sahib şəhər olaraq Qafqaz regionunda seçilib. Burada islam, xristian və yəhudi dinlərinə sitayiş edənlər əsrlər boyu bir yerdə yaşayıb, yaradıblar. Dünyada tolerant və multikultural ölkə olan Azərbaycanın bu dilbər güşəsində bu gün də qeyd edilən dəyərlər qorunub saxlanılır.  

Bu gün Gəncəndə dövlət qeydiyyatına alınan müxtəlif dini icmalar fəaliyyət göstərir. Onlar dini ayinləri və bayramlarını tolerant şəkildə icra edir, multikultural şəkildə öz ideyyalarını cəmiyyətdə yayırlar. Bu günə kimi Azərbaycanda dini və etnik zəmində münaqişələrin, eləcə də qarşıdurmaların qeydə alınmaması ölkədə dini dəyərlərin qorunduğunu bir daha sübut edir.

Asif Əliyev - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə Regional Şöbəsinin müdiri “Gəncə şəhərində də tolerantlığın və multikulturalizmin örnəyi kimi şəhərimizdə dövlət qeydiyyatından keçmiş 4 icma ilə yanaşı, Gəncədə 6 məscid və İmamzadə kompleksi fəaliyyət göstərir. Bununla yanaşı şəhərimizdə Aleksandır Nevski Rus Provaslav kilsəsi və Yəhudi Dini İcması da dövlət qeydiyyatına alınıb. Bu göstəricilər sözün əsl mənasında Azərbaycanda bu gün höküm sürən tolerant və multikultural dəyərlərin əyani sübutudur”

Bu gün Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun hərəkətverici qüvvəsinə çevrilməsi isə dünyada sülhpərvər bir ölkə kimi tanınmasını şərtləndiən amil olub.

Rəfiqə Sadıqova – “Gəncənin Səsi” qəzetinin baş redaktoru: “Azərbaycanda din dövlətdən ayrıdır. Lakin bunların arasında qaşırlıqlı hörmət var. Ölkəmiz həqiqi dindaralrın , vətənpərvərlərin, tolerantların, Allaha ürəyində sevgisi olanların yaşadığı bir məkandır.

Tolerant və multikultural dəyərlərlərin bir nümunəsi də xeyirxahlıqdır. Bunun bariz nümunəsi olaraq irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım üçün qanvermə aksiyalarının təşkilini göstərmək olar.

Solmaz Zeynalova – Mərkəzi Qan Bankının Gəncə bölməsinin həkimi: “Qan verməyin inslan sağlamlığı üçün çox müsbət çəhətləri var. 18 yaşından 65 yaşına qədər olanlar əgər 6 ay ərzində əməliyyat keçirməyiblərsə, heç bir orqanında narahatçılıq yoxdursa belə insanlar qan verib donor ola bilərlər. Qan vermək bir də çox savabdır. Bu gün irsi qan xəstəliyindən əziyyət çəkənlər kifayət qədərdir.

Azərbaycan minilliklər boyu müxtəlif xalqların azad, sərbəst və heç bir maneə ilə rastlaşmadan yaşadığı bir məmləkətdir, Bundan irəli gələrək ölkəmiz multikultural dəyərlərin qorunduğu, təbliğ və inkişaf etdirildiyi diyar kimi tanınır.

 

Xaliq Qurbanlı